Premium elan nədir?

Premium elanlar saytın ana səhifəsində, bütün səhifələrin sağ tərəfində, habelə Azərbaycanın digər saytlarında özəl banner formatında rotasiya qaydasında göstərilir. Premium elanlar adi elanlardan 20 dəfədən çox göstərim qazanır.

Elanı necə Premium edə bilərəm?

Elanınızı Premium edə bilmək üçün saytda həmin elana daxil olmaq, əsas şəklin altındakı "Premium elan" düyməsinə tıklamaq, uyğun bildiyiniz paketlərdən birini seçmək və ödəniş etmək lazımdır. Elanı yerləşdirən zaman da təsdiqə göndərməzdən əvvəl "Premium et" düyməsinə tıklamaqla, bu xidmətdən yararlana bilərsiniz. Bundan əlavə, şəxsi Hesabınızda "Elanlarım" bölməsinə daxil olmaqla, uyğun elanı seçib, "Premium et" düyməsindən istifadə etmək olar.

Ödəniş etdikdən sonra elan niyə yoxa çıxıb?

Siz ödəniş etdikdən sonra elanınız təsdiqə yollanır. Təsdiq edildikdən sonra dərhal yayımlanır.

Elanın müddətinin Premium xidmətə təsiri varmı?

Təsiri var. Əgər elanın müddətinin bitməsinə 3 gün qalıbsa və siz 5 günlük paketi seçmisinizsə, deməli, elanınızın müddəti daha 2 gün artırılacaq.

Eyni elana 2 dəfə ödəniş edəndə nə baş verir?

Eyni elanı 2 dəfə eyni paket və ya fərqli paket üzrə Premium etmisinizsə, onlar eyni ardıcıllıqla tətbiq ediləcək.