VİP elan nədir?

VİP elanlar saytın ana səhifəsində, kateqoriyalarda, məhsul səhifələrinin asağı hissəsində seçilmiş yerlərdə rotasiya qaydasında göstərilir. VİP elanlar adi elanlardan bir neçə dəfə çox göstərim qazanır.

Elanı necə VİP edə bilərəm?

Elanınızı VİP edə bilmək üçün saytda həmin elana daxil olmaq, əsas şəklin altındakı "Vip elan" düyməsinə tıklamaq, uyğun bildiyiniz paketlərdən birini seçmək və ödəniş etmək lazımdır. Elanı yerləşdirən zaman da təsdiqə göndərməzdən əvvəl "VİP et" düyməsinə tıklamaqla, bu xidmətdən yararlana bilərsiniz. Bundan əlavə, şəxsi Hesabınızda "Elanlarım" bölməsinə daxil olmaqla, uyğun elanı seçib, "VİP et" düyməsindən istifadə etmək olar.

Ödəniş etdikdən sonra elan niyə yoxa çıxıb?

Siz ödəniş etdikdən sonra elanınız təsdiqə yollanır. Təsdiq edildikdən sonra dərhal yayımlanır.

Elanın müddətinin VİP xidmətə təsiri varmı?

Təsiri var. Əgər elanın müddətinin bitməsinə 3 gün qalıbsa və siz 5 günlük paketi seçmisinizsə, deməli, elanınızın müddəti daha 2 gün artırılacaq.

Eyni elana 2 dəfə ödəniş edəndə nə baş verir?

Eyni elanı 2 dəfə eyni paket və ya fərqli paket üzrə VİP etmisinizsə, onlar eyni ardıcıllıqla tətbiq ediləcək.