Elanın irəli çəkilməsi nə deməkdir?

Elanın irəli çəkilməsi- seçilmiş paketə uyğun 1 gün, 5 gün və ya 10 gün boyunca gündə 1 dəfə ana səhifədə Son Elanlar bölümündə irəli çəkilməsi deməkdir.

Elan hansı saatda irəli çəkilir?

Yerləşdirdiyiniz elan ilk dəfə hansı saatda təsdiqlənib yayıma buraxılıbsa, yenə eyni saatda irəli çəkiləcək.

Elanı necə irəli çəkə bilərəm?

Elanınızı irəli çəkmək üçün saytda həmin elana daxil olmaq, əsas şəklin altındakı "Elanı irəli çək" düyməsinə tıklamaq, uyğun bildiyiniz paketlərdən birini seçmək və ödəniş etmək lazımdır.

Ödəniş etdikdən sonra elan niyə yoxa çıxıb?

Siz ödəniş etdikdən sonra elanınız təsdiqə yollanır. Tsdiq edildikdən sonra dərhal yayımlanır.

Elanın müddətinin elanın irəli çəkilməsinə təsiri varmı?

Təsiri var. Əgər elanın müddətinin bitməsinə 3 gün qalıbsa və siz 5 günlük paketi seçmisinizsə, deməli, elanınızın müddəti daha 2 gün artırılacaq.

Eyni elana 2 dəfə ödəniş edəndə nə baş verir?

Eyni elanı 2 dəfə eyni paket və ya fərqli paket üzrə irəli çəkmisinizsə, onlar eyni ardıcıllıqla tətbiq ediləcək.