Elan yerləşdirməzdən əvvəl Qaydalarla tanış olun.

Daha sonra qeydiyyatdan keçin. Əgər daha əvvəl qeydiyyatdan keçmisinizsə, sayta Daxil olun.

Kateqoriya və alt kateqoriyaları seçin- düzgün seçim edə bilmək üçün öncə uyğun məhsulların saytda hansı kateqoriyaya yerləşdiriyini tədqiq edin. Düzgün kateqoriya seçimi məhsullarınızın axtarış nəticələrində daha tez tapılmasına yardım edəcək.

Yerləşmə yeri seçin - satışı və ya xidmət göstərdiyiniz şəhəri (rayonu) seçin.

Elan üçün başlıq tələb olunursa, onu doğru və qısa yazın, digər parametrləri daxil edin, elanın təsvirini detallı əlavə edin, qiyməti yazınşəkilləri əlavə edin.

Əgər elanınızı reklam etmək istəyirsinizsə, təklif olunan variantlardan birini seçib, ödəmə edin.

Bundan sonra elanınız təsdiq üçün saytın nəzarət panelinə qəbul olunacaq. Elanların təsdiq olunması 2-120 dəqiqə çəkə bilər. Elanın müddəti təsdiq olunduğu andan hesablanacaq.

 

1. Profilinizdə "Elanlarım" bölməsini açın

2. Redaktə etmək istədiyiniz elanı tapın və orada "Redaktə et" düyməsini tıklayın.

3. Dəyişklikləri edəndən sonra bir daha nəzərdən keçirin və yaddaşa verin.

4. Elanları həm də elanın öz səhifəsindən də daxil olaraq redaktə etmək mümkündür.

5. Bloklanmış elandan başqa bütün digər elanları redaktə etmək mümkündür. Silinmiş elanları redaktə etmək üçün, öncə onu bərpa edin.